
Bakı. Trend:
Bakı şəhərinin Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş
verib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, qəza ilə bağlı xilasedici köməyinə ehtiyac
yaranıb.
Qeyd edilib ki, FHN-nin Bakı Regional Mərkəzinin müvafiq
xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki,
“Toyota” markalı minik avtomobili yolda dayanan “Shacman” markalı
yük avtomobilinə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış
vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində minik
avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan
nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil
verilib.





























