
Bakı. Trend:
Xankəndidə silah-sursat aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
aprelin 16-da Xankəndi şəhəri ərazisindən 3 ədəd müxtəlif markalı
avtomat silahı, 1 tüfəng, 1 qumbara, 1 alışdırıcı, 14 patron
darağı, 1195 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar
olunaraq götürülüb.





























