Advertisement

ABŞ COP29 çərçivəsində iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanla əməkdaşlıqda maraqlıdır – Laura Loxman

[ad_1]

Bakı. Trend:

Birləşmiş Ştatlar COP29 çərçivəsində iqlim məqsədlərinə nail
olmaq üçün Azərbaycanla işləməkdə maraqlıdır.

Trend-in
məlumatına görə, bunu ABŞ dövlət katibinin enerji diplomatiyası
üzrə müavininin müşaviri Laura Loxman Caspian Policy Center-in
təşkilatçılığı ilə Qara dəniz regionunda təhlükəsizlik üzrə
konfransında deyib.

Loxman qeyd edib ki, Gürcüstan və Azərbaycan Qara dənizin sadəcə
karbohidrogen kəşfiyyatı və işlənməsi regionu olmadığının gözəl
nümunəsidir.

“Bu ölkələrin bərpa olunan enerji, xüsusilə külək enerjisi
sahəsində böyük imkanları var. Təklif olunan Qara dəniz elektrik
kabeli Cənubi Qafqaz və Aİ enerji bazarları arasında əlaqəni
yaxşılaşdıracaq və mövcud olan böyük külək resurslarından
faydalanmağa imkan verəcək.”, – deyə o vurğulayıb.

Loxman hesab edir ki, Azərbaycanda keçiriləcək COP29 konfransını
nəzərə alsaq, bütün bunlar daha böyük əhəmiyyət kəsb edir.

“Beləliklə, biz COP29 konfransı çərçivəsində təmiz enerjiyə
keçid və iqlim məqsədlərimizə nail olmaq üçün Azərbaycanla, özəl
sektorla və təbii ki, bir çox başqa ölkələrlə işləməyi
səbirsizliklə gözləyirik.”, – deyə o əlavə edib.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan,
Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji
körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi
imzalayıblar. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə
və 1195 kilometr uzunluğunda Black Sea Energy dənizaltı elektrik
kabelinin çəkilməsi gözlənilir. Kabel Azərbaycanda hasil edilən
yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə
Rumıniyaya çatdırmaq üçün Macarıstana və Avropanın qalan hissəsinə
nəql edəcək.

COP29-nun Azərbaycanda keçirilməsi ilə bağlı qərar 2023-cü il
dekabrın 11-də Dubayda rəsmi olaraq elan edilib. Azərbaycan bu ilin
noyabrında bu tədbirə ev sahibliyi edəcək.

[ad_2]

Source link

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir