
Bakı. Trend:
Ziraat Bank Azərbaycan 2024-cü ilin birinci rübünə dair maliyyə
hesabatlarını rəsmi saytında yayımlayıb. Hesabata əsasən Bank
müsbət artım dinamikasını davam etdirərək 2024-cü ilin ilk rübünü
xalis mənfəətlə başa vurub.
Yayımlanan maliyyə hesabatlarına əsasən, Bank 2024-cü ilin ilk
rübündə 4.4 mln. manat xalis mənfəət əldə edib, bu da ötən ilin
müvafiq dövrü ilə müqayisədə 30.4 % artıqdır. Bankın əməliyyat
mənfəəti də ötən ilin ilk rübü ilə müqayisədə 11% artaraq 6 mln.
manatı keçmişdir.
Dərc edilmiş hesabatlara əsasən, bankın kredit portfeli ötən
ilin müvafiq dövrü ilə müqayisədə 15.6% artaraq 377 mln. manatı
keçmişdir. Qeyd edək ki, kredit portfelinin mühüm hissəsini Bankın
prioritet istiqamətlərindən hesab edilən biznes kreditlər təşkil
edib. Bankın depozit portfeli üzrə də əhəmiyyətli artım müşahidə
edilib. Belə ki, təqdim edilən maliyyə nəticələrinə görə 2024-cü
ilin ilk 3 ayında müştərilərin banka etibar etdiyi vəsaitlər ötən
ilin eyni dövrü ilə müqayisədə 26,31% artaraq 495 mln. manatı
keçmişdir.
Bankın uğurları bununla da bitmir. Belə ki, 2024-cü ilin ilk üç
ayı ərzində Bankın cəmi aktivləri 16.7 % artaraq 743 mln. manata
çatmışdır. Bankın cəmi kapitalı isə 4% artaraq 121 mln. manatı
keçmişdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160
illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib
hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında
fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq
sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin,
Youtube
sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək
əldə edə bilərsiniz.



























