[ad_1]

Bakı. Trend:
Azərbaycan nümayəndə heyətinin qeyri-müəyyən müddətə Avropa
Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırması
bu təsisatın ölkəmizə qarşı yürütdüyü qərəzli siyasətə qarşı
adekvat bir addım idi.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli
deyib.
O qeyd edib ki, Azərbaycan əleyhinə diskriminasiya siyasəti
davam edirsə, bu halda sözügedən təsisatda normal şəraitdə
fəaliyyət göstərmək mümkün deyil.
“AŞPA təkcə 44 günlük müharibədən daha sonrakı dövrdən
başlayaraq və antiterror əməliyyatının zaman kəsiyindən başlayaraq
Azərbaycana qarşı qərəzli siyasət yürüdüb. Ondan əvvəlki dövrlərdə
də biz AŞPA -nın bu təsisatda aparıcı mövqeyə malik olan Avropa
ölkələrinin, o cümlədən Almaniya və Fransanın deputat qrupunun
fəaliyyəti nəticəsində ölkəmizə qarşı ədalətsiz mövqe
sərgiləndiyinin şahidi oluruq”, – deyə siyasi şərhçi əlavə
edib.
Qeyd edəki ki, AŞPA-da mövcud olan dözülməz irqçilik,
Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan
nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını
qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
[ad_2]
Source link







Leave a Reply