Advertisement

Ərzağa olan tələbat günü-gündən artır – Nazir müavini

Bakı. Trend:

Dünyada ərzağa olan tələbat günü-gündən artır. Biz torpaqların
dayanıqlı istifadəsi üçün onun ağıllı istifadəsini uyğun
görürük.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin
müavini İlhamə Qədimova Milli Məclisin Ailə, qadın və uşaq
məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya
komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya
müstəvisində” movzusunda dinləmədə deyib.

O qeyd edib ki, birmənalı şəkildə müasir suvarma
texnologiyalarının tətbiqi çağırış olaraq qarşımızda dayanır. “Biz
su, torpaq və ya kənd təsərrüfatında texnologiya deyirik. Bunu
istifadə edən insandır. İnsanın bunu nə dərəcədə şüurlu istifadə
edəcəyi önəmlidir. Bu gün qarşımıza ağıllı fermer çağırışı qoyuruq.
İnsanların istehlakı hamımızı maraqlandıran məsələdir. Şüurlu
istehlak önəmlidir”, – deyə o əlavə edib.