[ad_1]

Bakı. Trend:
Qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil
verilməsi istiqamətində aparılan profilaktik tədbirlər davam
etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional
qrupundan Trend-ə verilən
məlumata görə, Oğuz, Zaqatala və Göyçay Rayon Polis Şöbələrinin
əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər
nəticəsində vətəndaşlar ümumilikdə 4 odlu silahı könüllü təhvil
veriblər.
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş
əməliyyat zamanı isə rayon sakinindən qanunsuz olaraq saxladığı 1
ədəd ov tüfəngi götürülüb.
[ad_2]
Source link







Leave a Reply