Advertisement

Azərbaycanda müsəlmanlar, yəhudilər, xristianlar bir ailə kimi yaşayır – Elçin Əmirbəyov

[ad_1]

Bakı. Trend:

Azərbaycanda müsəlmanlar, yəhudilər, xristianlar – hamı bir ailə
kimi yaşayır.

Trend xəbər verir ki, bunu
“International Policy Digest”ə müsahibəsində Azərbaycan
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov
deyib.

“Biz hər hansı bir siyasi situasiyadan asılı olmayan dini
müxtəlifliyimizlə fəxr edirik. Müsəlmanlar, yəhudilər, xristianlar
– hamımız bir ailəyik. Bu, bizim DNT-mizin bir hissəsidir”, – o
deyib.

Əmirbəyov ABŞ-nin Beynəlxalq Dini Etiqad Azadlıqları
Komissiyasının (USCIRF) və ABŞ Dövlət Departamentinin Azərbaycanın
dini etiqad azadlığı ilə bağlı “xüsusi müşahidə siyahısı”na daxil
edilməsi barədə qərarını pisləyib.

“Biz bu əsassız və qərəzli qərarı təəssüf edir və rədd edirik”,
– o əlavə edib.

[ad_2]

Source link

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir