
Bakı. Trend:
Davamlı inkişaf və məsuliyyətli biznes prinsiplərinə sadiq olan
AccessBank, qürurla Birləşmiş Millətlər Təşkilatının Qlobal
Sazişinə (UN Global Compact) qoşulduğunu elan edir.
BMT-nin Qlobal Sazişi biznes strukturlarını davamlı inkişaf
fəaliyyətə cəlb edilməsi, eləcə də dövlət və korporativ sektorlar
arasında qlobal tərəfdaşlığın formalaşdırılmasına yönəlmiş ən böyük
beynəlxalq təşəbbüsdür.
AccessBank-ın Qlobal Sazişdə iştirakı davamlı inkişaf
məqsədlərinin və ESG (Ekoloji, Sosial, İdarəetmə) prinsiplərinin –
ətraf mühit, sosial və korporativ məsuliyyətin fəal şəkildə təşviqi
deməkdir. BMT-nin Qlobal Sazişinə qoşulmaqla AccessBank, insan
hüquqları, ətraf mühit, əmək münasibətləri və korrupsiyaya qarşı
mübarizə sahələrində Qlobal Sazişin on prinsipini dəstəkləmək
öhdəliyini üzərinə götürür. Bank həmçinin BMT-nin 2030-cu ilə qədər
Dayanıqlı İnkişaf Strategiyasına daxil edilmiş 17 davamlı inkişaf
məqsədini həyata keçirməyi də öhdəlik olaraq qəbul edir.
BMT Qlobal Sazişinin üzvü kimi AccessBank bütün əməliyyatlarda
və biznes tərəfdaşlıqlarında insan hüquqlarını dəstəkləməyə və
qorumağa, beynəlxalq standartlara cavab verən rahat iş mühitini
təmin etməyə, ətraf mühitin qorunması və çirklənmənin qarşısının
alınması istiqamətində tədbirlər görməyə və bütün sahələrdə
korrupsiyaya qarşı mübarizə aparmağı davam edəcək.
“BMT Qlobal Sazişinə qoşulmaq bizim davamlı inkişaf və sosial
məsuliyyət prinsiplərinə sadiqliyimizi əks etdirir. İnanırıq ki, bu
prinsipləri strategiyamıza inteqrasiya etmək bizə yalnız riskləri
daha yaxşı idarə etməyə deyil, həm də müştərilərimiz, işçilərimiz
və bütövlükdə cəmiyyət üçün daha böyük dəyər yaratmağa imkan
verəcək. Biz daha məsuliyyətli və davamlı dünyaya doğru qlobal
hərəkatın bir hissəsi olmaqdan qürur duyuruq”, – AccessBank-ın
İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider
olaraq, 2002-ci ildən kiçik və
orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında
Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın
14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir
və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə
davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir:
http://bit.ly/accessbank-filiallar
.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün
151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya
bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)
müraciət edə bilərsiniz.
AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən
25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında
fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu,
Tbilisi prospekti 3 ünvanında yerləşir.



























