
Bakı. Trend:
Xalq yazıçısı Çingiz Abdullayev bu gün xəstəxanadan evə
buraxılıb.
Trend xəbər verir ki, bu
barədə Mərkəzi Gömrük Hospitalından bildirilib.
Qeyd edilib ki, 6 aprel 2024-cü il tarixində səhər saat 3
radələrində səhhətində yaranmış problemi ilə bağlı Mərkəzi Gömrük
Hospitalına daxil olmuş xalq yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin birinci katibi Çingiz Abdullayev sağalaraq bu gün evə
yazılıb.





























