[ad_1]

Bakı. Trend:
Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın təhsil, elm və
gənclər naziri Giorgi Amilaxvari ilə görüşüb.
Nazirlər Kabinetindən Trend-ə
verilən məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan arasında
mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin bütün
sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında humanitar sahədə əməkdaşlığın səviyyəsi yüksək
qiymətləndirilib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm
sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri
müzakirə olunub.
[ad_2]
Source link






























Leave a Reply