Advertisement

AŞPA-da Ermənistandan Azərbaycana qarşı növbəti düşmənçilik

[ad_1]

Bakı. Trend:

Ermənistanın Avropa Şurasının Parlament Assambleyasında (AŞPA)
ölkəmizə qarşı növbəti düşmənçilik addımları bu ölkənin sülh və
dialoqda maraqlı olmadığını bir daha nümayiş etdirib.

Trend xəbər verir ki,
yanvarın 24-də AŞPA-da Azərbaycan nümayəndə heyətinin
etimadnaməsinin təsdiqləməməsinə ən çox çalışan nümayəndə heyəti
elə Ermənistan parlamentinin vitse-spikeri və Ermənistan-Türkiyə
normallaşma prosesində əsas şəxslərdən olan Ruben Rubinyanın
rəhbərlik etdiyi heyət olub.

Daim sülh və dialoqdan danışan Rubinyan bu çirkin və məkrli
kampaniya və addımları ilə sübut edib ki, onun bölgədə sülh və
dialoq yaradılmasına çağırışlarının heç bir əsası yoxdur.

Qeyd edəki ki, AŞPA-da mövcud olan dözülməz irqçilik,
Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan
nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını
qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

[ad_2]

Source link

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir