Advertisement

Yeni Kaledoniya nümayəndə heyəti Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Bakıdakı ofisində olub (FOTO)

Bakı. Trend:

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Qoşulmama Hərəkatı
Gənclər Təşkilatının Bakıdakı ofisi ilə tanış olub.

Trend-in məlumatına görə,
əvvəlcə qonaqlara təşkilatın əsas fəaliyyət istiqamətləri, həyata
keçirdiyi layihələr, o cümlədən qarşıya qoyulan məqsədlərlə bağlı
ətraflı məlumat verilib.

Bildirilib ki, 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilən
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının
sayca XVIII sammiti 24-25 oktyabr 2019-cu il tarixlərində hərəkatın
ilk Gənclər sammitinin Qoşulmama Hərəkatının Bakı Sammitindən
ayrıca bir tədbir kimi keçirilməsi təşəbbüsünü dəstəkləyib.

Eyni zamanda həmin mərasimdə hərəkatın Gənclər Şəbəkəsinin
yaradılması təklifi müsbət qarşılanıb.

Bu təşkilat Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq 25 –
29 iyul tarixlərində keçirilən Gənclər Sammiti çərçivəsində,
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan
Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin əsasında yaradılıb.

Sammitin Şuşa sessiyası çərçivəsində daimi katibliyi Bakıda
yerləşəcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatının əsasnaməsi,
loqosu və bayrağı təsdiq edilib.