Advertisement

Bolqarıstan mətbuatında Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə bağlı materiallar dərc edilib

[ad_1]

Bakı. Trend:

Bolqarıstan mediasında bu il fevralın 7-ə təyin edilmiş
Azərbaycan Respublikası Prezidenti seçkilərinin mahiyyətinə və
səbəblərinə dair materiallar dərc olunub.

Trend
Secki-2024.az
-a istinadən xəbər verir ki, yerli
mətbuorqanlarında yayılan məlumatlarda Prezident seçkilərinin
keçirilməsinin əsas səbəbi kimi onun Azərbaycanın bütün ərazisini
əhatə edəcək ilk seçkilər olacağı göstərilir.

Diqqətə çatdırılır ki, Vətən müharibəsində qazanılmış Qələbənin,
Azərbaycanın iqtisadi yüksəlişinin və beynəlxalq uğurlarının xalqın
yürüdülən siyasi xəttin davam etdirilməsinə səs verəcəyini
göstərir.

Yazılarda bu seçkilərin Azərbaycanın ərazi bütövlüyünün və bütün
torpaqları üzərində suverenliyinin bərpası ilə əlamətdar olan yeni
bir mərhələnin əsasını qoyacağı vurğulanır, son 20 il ərzində
Azərbaycanın dinamik inkişaf edən dövlətə çevrildiyi, müxtəlif
sahələrdə böyük uğurlar qazandığı bildirilir.

Materiallarda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə
verdiyi töhfələrdən, “yaşıl enerji”yə keçid və regional
bağlantıların inkişafı istiqamətində həyata keçirdiyi genişmiqyaslı
fəaliyyətdən, həmçinin əldə olunan səmərəli nəticələrdən
danışılır.

[ad_2]

Source link

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir