
Bakı. Trend:
Rusiyadan Azərbaycana idxal edilən dondurulmuş toyuq məhsulunda
salmonella aşkarlanıb.
Bu barədə Trend-ə Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, “Ladess Group” MMC-nin Rusiya Federasiyasından
idxal etdiyi “Stavropolskiy Broyler” MMC-nin “Nevinnomısskiy”
filialının istehsalı olan ümumi çəkisi 19,2 ton dondurulmuş toyuq
filesi məhsulundan nümunələr götürülərək Azərbaycan Qida
Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim
edilib.
Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella
bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun
gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv
olunması barədə qərar qəbul edilib.





























