Advertisement

Lənkəranda yaşlı qadını maşın vurub

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat
hadisəsi baş verib.

Trend xəbər verir ki,
hərəkətdə olan nəqliyyat vasitəsi rayonun Boladı kənd sakini 1967 –
ci il təvəllüdlü Şairə Əliməmməd qızı Xankişiyevanı vurub.

Belə ki, ağır bədən xəsarətləri alan piyada Lənkəran Rayon
Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.