Advertisement

Əliçıraq məscidinin qarşısında yük maşını aşıb, sıxlıq müşahidə olunur

Bakı. Trend:

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məscidinin qarşısında yük
avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza
səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə
edilir.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın
qarşısını almaq üçün operativ tədbirlər görülür.