
Bakı. Trend:
Astara rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü
həbs olunub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü,
Astara rayon sakini Kamran Bayramov yol hərəkəti qaydalarını kobud
şəkildə pozaraq, digər hərəkət iştirakçılarının həyat və
sağlamlığına real təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri
etdiyi üçün Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi
bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində protokol tərtib edilərək, baxılması üçün rayon
məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarı ilə sürücü K.Bayramov sürücülük hüququ 2 il
müddətində məhdudlaşdırılmaqla, 15 sutka inzibati qaydada həbs
edilib.
Qeyd edək ki, Astarada yol polisi əməkdaşlarının 3 ay ərzində
intizamsız sürücülərə qarşı keçirdikləri proflaktik tədbirlər
zamanı 4171 protokol tərtib edilib. O cümlədən, avtomobili sərxoş
vəziyyətdə idarə edən 50 sürücü barəsində qanunamüvafiq qaydada
tədbirlər görülüb.





























