
Bakı. Trend:
Bakıda yolun kənarı ilə gedən qadını yük maşını vurub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, aprelin 17-si saat 22 radələrində Binəqədi
rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi
“Howo” markalı avtomobillə yolun kənarı ilə gedən 35-40 yaşlı
qadını vurub.
Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində
ölüb.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən
araşdırma aparılır.





























