[ad_1]

Bakı. Trend:
ABŞ Ermənistanda hərbi-bioloji laboratoriya açmağı
planlaşdırır.
Trend xəbər
verir ki, bu barədə erməni KİV-lərində məlumat yayılıb.
KİV Ermənistanın müdafiə naziri Suren Papikyanın ötən həftə
Pentaqonla Ermənistanda 13-cü laboratoriyanın açılması barədə saziş
imzaladığını yazır.
“Hərçənd müvafiq strukturların nümayəndələri söhbətin keçmiş
sanitar-epidemioloji stansiyaların Vaşinqtonun maliyyələşdirilməsi
ilə müasirləşdirilən laboratoriyalarından getdiyini deyir, Nikol
Paşinyan isə laboratoriyaların müasirləşdirilməsində ABŞ-nin
maliyyə dəstəyinə baxmayaraq, onların əslində Ermənistan
Respublikasının mülkiyyəti olduğunu deyir. Lakin bu, narahatlıqları
azaltmır”, – erməni KİV-i yazır.
Qeyd olunub ki, yeni laboratoriya Gümrüdə, Rusiyanın 102-ci
hərbi bazasının yaxınlığında yerləşəcək.
Həmçinin, o da qeyd olunub ki, bu ABŞ-nin Gümrüdə açacağı ikinci
bioloji laboratoriya olacaq. Belə ki, digər bioloji laboratoriya
Gümrüdə məktəbin yaxınlığında fəaliyyət göstərir.
[ad_2]
Source link






























Leave a Reply