
Bakı. Trend:
Azyaşlı qıza hədə-qorxu gəlməklə, qızıl-zinət əşyalarını
talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki,
Aprelin 15-də Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu
gəlməklə qızıl-zinət əşyalarının talanması barədə 36-cı Polis
Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə
tələb etmədə şübhəli bilinən 2005-ci il təvəllüdlü R.Abdullayev və
2006-cı il təvəllüdlü bir qız müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.





























