Advertisement

Orta Dəhliz qarşılıqlı əlaqələr çərçivəsində çox mühüm layihədir – Kayrat Sarıbay

Bakı. Trend:

Orta Dəhliz qarşılıqlı əlaqələr çərçivəsində çox mühüm
layihədir.

Trend xəbər
verir ki, bu barədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirənin (AQFETM) baş katibi Kayrat Sarıbay
brifinqdə deyib.

“Qarşılıqlı əlaqələr konsepsiyası çox mühüm əhəmiyyət kəsb edir.
Qarşılıqlı əlaqələr pandemiya dövründə, eləcə də, münaqişələrlə
əlaqədar olaraq ciddi sınaqlara məruz qalıb.

Bu baxımdan, Orta Dəhliz olduqca mühüm layihədir. Layihənin
iştirakçıları strateji yanaşmaya malikdir. Məhz rəqabət qabiliyyəti
və diversifikasiya qarşılıqlı əlaqələrin mühüm aspektləridir”, – o
deyib.

Onun sözlərinə görə, Azərbaycan qarşılıqlı əlaqələr mövzusuna
xüsusi diqqət yetirir və bu istiqaməti inkişaf etdirməyə davam
edəcək.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə
dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz,
Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və
Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan,
Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə
birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks
istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta
hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat
dəhlizinin əsas üstünlüklərindən biridir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun