
Bakı. Trend:
2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın ixrac etdiyi
neft 2023-cü ilin analoji dövrü ilə müqayisədə, 17,6 faiz azalaraq
5,6 milyon tona düşüb.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixracından əldə etdiyi gəlir
3,49 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ilin ynvar-mart
ayları ilə müqayisədə 18,27 faiz azdır.
2024-cü ilin ynvar-mart aylarında Azərbaycanın ümumi ixrac
strukturunda neftin payı 58,32 faiz olub. 2023-cü ilin analoji
dövründə isə ölkənin ümumi ixracında “qara qızıl”ın payı 55,19 faiz
olub.
2024-cü ilin ynvar-mart aylarında Azərbaycan 17 ölkəyə neft
ixrac edib.
Qeyd olunan dövrdə Azərbaycandan ən çox neft idxal edən üç ölkə
İtaliya (1,234 milyard dollar dəyərində 1,93 milyon ton neft),
İsrail (0,621 milyard ABŞ dolları dəyərində 1,022 milyon ton) və
Hindistan (0,454 milyard dollar dəyərində 0,713 milyon ton)
olub.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























