Advertisement

Abasov Qukeşlə üz-üzə – Trend.Az

Bakı. Trend:

Kanadanın Toronto şəhərində təşkil olunan şahmat üzrə İddiaçılar
Turnirində XII turun oyunları keçiriləcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov
Dommaradju Qukeşlə üz-üzə gələcək.

29 yaşlı təmsilçimiz ağ fiqurlarla oynayacaq. Təmsilçimiz
liderlər qrupunda yer alan rəqibini büdrətməyə çalışacaq.

İddiaçılar Turniri
XII tur, 18 aprel

Hikaru Nakamura – Alireza Firuzca
Nicat Abasov – Dommaradju Qukeş
Fabiano Karuana – Vidit Santoş Qujrati
Yan Nepomnyaşi – Rameşbabu Praqnanandja

Xal durumu: 1. Yan Nepomnyaşi (FİDE) – 7, 2.
Dommaradju Qukeş (Hindistan) – 6,5, 3. Hikaru Nakamura (ABŞ) – 6,5,
4. Fabiano Karuana (ABŞ) – 6, 5. Rameşbabu Praqnanandja (Hindistan)
– 5,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzca
(Fransa) – 4,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.

Qeyd edək ki, XII turun oyunlarından sonra şahmatçılara bir
günlük istirahət veriləcək. XIII turun matçları aprelin 20-də
təşkil olunacaq.