Advertisement

Hərbi pilotların təlim-məşq uçuşlarından görüntülər (VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına
əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri
təlim-məşq uçuşlarını icra ediblər.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, əvvəlcə şəxsi
heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların
sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə
yetirilib.

Ssenariyə uyğun olaraq Su-25ML və Su-25 tipli təyyarələrdən
müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə
enmə, həmçinin, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş
manevrləri üzrə tapşırıqlar icra edilib.

Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə
keçirilən təlim-məşq uçuşları zamanı qarşıya qoyulan tapşırıqlar
yüksək peşəkarlıqla yerinə yetirilib.