Advertisement

Qazaxıstanda daşqınlar: ölənlər var – Trend.Az

Bakı. Trend:

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

Trend xəbər
verir ki, bu barədə Qazaxıstan KİV ölkənin daxili işlər nazirinin
birinci müavini Marat Kojayevə istinadən məlumat yayıb.

Məlumata görə, Atırau vilayətində dörd nəfər, Türküstan
vilayətində isə bir uşaq batıb.

Bundan başqa, aprelin əvvəlində Ayaqoz rayonunda iki nəfər çayın
apardığı traktorda boğularaq ölüb.

Qeyd edək ki, Qazaxıstanda daşqınlar mart ayında başlayıb.
Ölkənin 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan
olunub. Xilasetmə işlərinə 46 mindən çox insan, 4 mindən çox
texnika və 16 təyyarə cəlb olunub.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun