[ad_1]

Bakı. Trend:
Ermənistanın təqdim etdiyi mina xəritələrin yararsız və
natamamlığı dəfələrlə bildirilib.
Trend xəbər verir
ki, bu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
açıqlamasında yer alıb.
Qeyd edilir ki, Azərbaycan XİN Ermənistan Milli Təhlükəsizlik
Xidmətinin Azərbaycana mina xəritələrinin təqdim olunması niyyəti
barədə 25 yanvar 2024-cü il tarixli bəyanatını qeydə alıb.
“Ermənistan tərəfindən Azərbaycan ərazilərinin heç bir fərq
qoymadan, kütləvi və məqsədyönlü şəkildə minalanması post-münaqişə
dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu
ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi
köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına
çətinlik törədən əsas təhdidlərdəndir. Ermənistanın bu fəaliyyəti
müharibə cinayəti olmaqla yanaşı, beynəlxalq humanitar hüququn və
Ermənistanın üzərinə götürdüyü öhdəliklərin ciddi pozuntusudur.
Azərbaycan tərəfi dəfələrlə, həm 2020-ci il Vətən müharibəsindən
əvvəl, həm də post-münaqişə dövründə Ermənistan tərəfindən mina
xəritələrinin təqdim edilməsini tələb edib.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından
sonra, əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən
Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim
etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25%
təşkil etdiyi məlumdur. Təqdim edilmiş bu xəritələrin yararsız və
natamam olduğu, real vəziyyəti əks etdirmədiyi dəfələrlə
tərəfimizdən bildirilib. Bu xəritələrdə ərazilərimizdə guya 400 min
mina basdırıldığı qeyd olunsa da, reallıqda minaların sayının 1
milyondan artıq olduğu faktı mövcuddur”, – XİN-dən bildirilib.
“Eyni zamanda qeyd edək ki, son illərdə mina partlayışlarının
55%-dən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən
kənar ərazilərdə baş verib. Xatırladırıq ki, 2020-ci il Vətən
müharibəsinin başa çatmasından etibarən bu günədək 342 nəfər
vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər
jurnalist daxil 65 nəfər həlak olub. Həlak olan 65 nəfərdən 50
nəfəri mülki şəxsdir.
2020-ci ildən sonra da, Ermənistan tərəfindən Rusiya sülhməramlı
qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və
bu ərazilərin perimetrləri boyunca Ermənistan istehsalı olan yeni
minaların yerləşdirildiyi faktı da mövcuddur ki, burada da 500
mindən artıq mina basdırıldığı məlumdur. Bu, eyni zamanda, son
onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və
ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını
nümayiş etdirib.
Ermənistan tərəfinin bu açıqlaması sözügedən ölkənin niyyətinin
humanitar prosesə töhfə olmadığını göstərir və bu addım etimad
quruculuğu tədbiri kimi qiymətləndirilə bilməz. Azərbaycan tərəfi
bu günə qədər Azərbaycana tam şəkildə təqdim edilməyən bütün
minalanmış ərazilərin dəqiq xəritələrinin Ermənistan tərəfindən
təqdim edilməsini gözləyir.
Bununla yanaşı, son 30 il ərzində itkin düşmüş 4000-ə yaxın
azərbaycanlıların aqibəti, habelə azərbaycanlıların dəfn olunduğu
kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən
məlumatların təqdim edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər
görülməlidir”, – XİN-dən əlavə olunub.
[ad_2]
Source link






























Leave a Reply