Advertisement

Fransa kanat xalqının həyatına müdaxilə etməməlidir – Senat Katibliyinin əməkdaşı

Bakı. Trend:

Fransa kanat xalqının həyatına müdaxilə etməməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisdə keçirilən “Yeni
Kaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək”
mövzusuna həsr edilmiş elmi konfransda Senat Katibliyinin əməkdaşı,
Yeni Kaledoniya üzrə ekspert, tarixçi Jan İv Poedi deyib.

O deyib ki, bu xalqın 3 min illik mədəniyyəti var.

“Fransa çalışır ki, bu xalqın mədəniyyətini silsin, özündən
asılı vəziyyətə salsın. Ancaq bu baş tutmayacaq. Onlar çalışırlar
ki, orada qərb mədəniyyətini formalaşdırsınlar, amma bu baş
tutmayacaq”, – deyə o əlavə edib.