Advertisement

Dünya reytinqi: “Qarabağ” irəliləyib, “Neftçi”dən sıçrayış

Bakı. Trend:

Dünya klublarının qlobal reytinqi açıqlanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, siyahıda planetin 1000 ən yaxşı komandası
yer alıb.

Cədvələ Azərbaycanın 4 klubu daxil edilib. Premyer Liqanın
çempionu “Qarabağ” dünyanın 172-cisidir. Qurban Qurbanovun
yetirmələrinin əmsalı 0,671-dir. Ağdam klubu 8 pillə
irəliləyib.

“Zirə” 0,121 xalla 364-cü yerdədir. Rəşad Sadıqovun
yetirmələrinin irəliləyişi 20 pillə təşkil edib.

“Neftçi” 376 addımlıq sıçrayışa nail olub. Bakılılar 0,108 xalla
dünyada 409-cudur.

“Sabah” 49 pillə geriləyib. Əmsalı 0,043 olan paytaxt təmsilçisi
723-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 2,020 xala malik “Mançester Siti”
başçılıq edir.