
Bakı. Trend:
Bu gün saat 16:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə
məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir
qadın qəfil qatarın qarşısına çıxıb.
Trend bu barədə QSC-yə
istinadən xəbər verir.
Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az
olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində
ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən
xəstəxanaya çatdırılıb.
“ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl
etməyə, dəmiryol xəttini yalnız müəyyən olunmuş yerdən keçməyə,
qəflətən qatarın yoluna çıxmamağa çağırır”,- məlumatda qeyd
edilib.

























