Advertisement

Paytaxtda narkokuryerdən 5 kq narkotik götürülüb

Bakı. Trend:

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana və 3000
ədəd metadon həbi aşkar olunub.

Daxili İşlər Nazirliyindən
Trend
-ə verilən xəbərə görə, Bakı şəhərində polis
əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotiklərin
qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Məhəmməd Əliyev
saxlanılıb.

Ondan 5 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə
zənginləşdirilən marixuana və 300 ədəd psixotrop tərkibli metadon
həbi aşkarlanıb. M.Əliyev şəxsiyyəti istintaqla araşdırılan İran
vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

Onun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması
istiqamətində tədbirlər davam etdirilir. M.Əliyevin qanunsuz
əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına
müraciət edə bilərlər.