Advertisement

Əfqanıstanda sel fəlakəti: 70 nəfər ölüb

Bakı. Trend:

Əfqanıstanda aramsız yağışlar səbəbindən sel fəlakəti meydana
gəlib.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə
İdarəsinin sözçüsü Janan Saeq deyib.

Məlumata görə, sel zamanı 2,5 mindən çox evin dağılıb və ya
zərər görüb, 2 mindən çox heyvan tələf oldub, hektarlarla kənd
təsərrüfatı ərazisi də yararsız hala düşüb. Ölənlərin sayı 70-ə,
yaralıların sayı isə 56-ya çatıb.

Əfqanıstan Meteorologiya Xidməti leysanın daha 4 gün davam
edəcəyi barədə xəbərdarlıq edib.