Bakı. Trend:
Danimarkanın paytaxtı Kopenhagendə bir neçə gün əvvəl yanmış
tarixi birja binasının fasadı uçub.
Trend-in məlumatına görə, hadisə yerində xilasetmə və
təmir-bərpa briqadaları işləyir. Digər divarların da uçma riski
olduğu üçün bərkitmə işləri aparılır. Hadisə nəticəsində
zərərçəkənlərin olmadığı bildirilir.
Qeyd edilib ki, 1625-ci ildə tikilən binanın divarları yanğın
nəticəsində ciddi şəkildə zədələnib.




























