Advertisement

ABŞ İsrailin İrana cavab hücumunu dəstəkləməyib

Bakı. Trend:

ABŞ İsrailin İrana cavab hücumunu dəstəkləməyib.

Trend-in
məlumatına görə, bu barədə “CNN” televiziya kanalı Amerikalı
rəsmisinə istinadən bildirib.

“Biz bu cavab zərbəsini dəstəkləmədik”, – deyə o bildirib. O
qeyd edib ki, İsrail cümə axşamı Vaşinqtona “yaxın günlərdə” İrana
qarşı cavab tədbirləri görəcəyini bildirib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri
Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə “Doğru vəd
əməliyyatı” kod adı altında İsrailə hücum edib. Hücumların aprelin
1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab
olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk
birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın
başa çatdığını elan edib.