
Bakı. Trend:
Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfərin öldürülməsi
barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan Trend-ə bildirilib ki, araşdırmalarla 2000-ci
il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci
məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il
təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla
xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin
120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət
işi başlanıb, Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrə
şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.

























