Advertisement

Kürdə batan atanın meyiti tapılıb, azyaşlı qızının axtarışları davam edir

Bakı. Trend:

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən
keçən hissəsində batan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir
oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən
sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-ci il təvəllüdlü
Süleymanlı Səma Vaqif qızının axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.