
Bakı. Trend:
Gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev
prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş
etdirib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə məlumat
verilib. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə
Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq
psixoloji söhbətlər aparılıb. Eyni zamanda xilasetmə yastığı
açmaqla, zəruri təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilər tərəfindən aparılan psixoloji söhbətlər
nəticədində intihara cəhd edən vətəndaş 1981-ci il təvəllüdlü
Əliyev Ramin Mirağa oğlu xilas edilib və körpüdən endirilərək
aidiyyəti üzrə təhvil verilib.





























