Advertisement

Taksilər cərimə meydançasına aparılır? – AÇIQLAMA

Bakı. Trend:

Sosial şəbəkələrdə taksilərin toplu şəkildə cərimə meydançası
aparılması ilə bağlı iddiaları əks etdirən görüntülər yayılıb.

Trend xəbər verir ki, görüntülərdə videonu çəkən şəxs takislərin
artıq cərimə meydançasına aparılmağa başlandığını bildirib.

Məsələ ilə Trend-ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi
İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi Toğrul Nəsirli
videonu paylaşan şəxsin cərimə borcları olduğuna görə avtomobili
cərimə meydançasına aparılıb.

“Avtomobilin duracağa apırılması cərimə ilə bağlıdır”, – deyə
T.Nəsirli əlavə edib.