Advertisement

“AmCham” “İqlim Dəyişmələri üzrə Maraqlı Tərəflərin Dialoqu” çərçivəsində iclas keçirib

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) bu il başladılmış
“İqlim Dəyişmələri üzrə Maraqlı Tərəflərin Dialoqu” çərçivəsində bu
həftə Bakıda sayca ikinci tədbiri keçirib.

Bu barədə Trend-ə “AmCham”ın nümayəndəsi deyib.

“Bu həftə “AmCham”da “İqlim Dəyişmələri üzrə Maraqlı Tərəflərin
Dialoqu” çərçivəsində Dayanıqlı İnkişaf və Korporativ Təsir
Komitəsi və Satınalmalar Komitəsinin birgə iclası keçirilib.
Biznesin daha da artması üçün dünyada dayanıqlı təchizat zənciri
(yük və xidmətlər) üzrə mövcud olan praktikaları müzakirə etdik”, –
deyə “AmCham” nümayəndəsi bildirib.

Nümayəndə “İqlim Dəyişmələri üzrə Maraqlı Tərəflərin Dialoqu”nun
ilk tədbirinin ötən ilin yanvar ayında Bakıda keçirildiyini və
“Yaşıl dünya üçün həmrəylik ili və COP29-un Azərbaycanda
keçirilməsi” mövzusuna həsr olunduğunu xatırladıb.

2024-cü ilin noyabr ayına qədər “AmCham” “İqlim Dəyişmələri üzrə
Maraqlı Tərəflərin Dialoqu” çərçivəsində daha dörd görüş
keçirəcək.

Palatanın bu təşəbbüsü 2024-cü il 11-24 noyabr tarixlərində
Bakıda keçiriləcək COP29 konfransına hazırlıq çərçivəsində
Azərbaycanda müəssisələr arasında məlumatlılıq və əməkdaşlığa imkan
yaratmaq məqsədi daşıyır.

“AmCham”ın “Dialoq” üzrə növbəti dörd iclası çərçivəsində
aşağıdakı mövzular müzakirə olunacaq: ekoloji cəhətdən təmiz biznes
əməliyyatlarında korporativ idarəetmənin rolu, Azərbaycanın
qanunvericilik bazası nöqteyi-nəzərindən qeyri-maliyyə
hesabatlılığı üzrə qlobal praktikalar, Azərbaycanda ESG proqramı
(ekologiya, sosial aspektlər və idarəetmə) proqramı ilə əlaqəli
hüquqi normalar, eləcə də əlçatan vergi imtiyazları”, – deyə
“AmCham” nümayəndəsi əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun