Advertisement

Aİ və ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarışmağa başlayıb – Sergey Lavrov

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) və ABŞ nəticələri özününküləşdirmək üçün
Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarışmağa
başlayıb.

Trend xəbər
verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov
yerli KİV-ə müsahibəsində deyib.

“2020-ci il noyabr ayından sonra imzalanmış və [Azərbaycan və
Ermənistan arasında] münasibətlərin balanslaşdırılmış şəkildə
normallaşmasını təmin edən 3 üçtərəfli sənəd imzalandıqdan sonra Aİ
və ABŞ Rusiyanın nəticələrini özününküləşdirmək və əldə edilmiş
razılaşmaları həyata keçirməsinə imkan verməmək üçün prosesə
qarışmağa başladı”, – deyə o qeyd edib.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun