Advertisement

Ermənilər Qarabağdan sülhməramlıların fəaliyyətsizliyinə görə getmədi – Lavrov

Bakı. Trend:

Demək olmaz ki, ermənilər Qarabağdan sülhməramlıların
fəaliyyətsizliyinə görə getdilər.

Trend xəbər
verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov
yerli KİV-ə müsahibəsində deyib.

“Qarabağın Azərbaycan olduğunu bəyan edən sənəd imzalandıqda bu
bəyanatda ərazidəki erməni azlığın hər hansı xüsusi hüquqlarının
təmin olunması ilə bağlı heç nə deyilməyib. Bu səbəbdən ermənilərin
Qarabağdan sülhməramlıların fəaliyyətsizliyinə görə getdiyini demək
düzgün deyil”, – o deyib.

Xatırladaq ki, aprelin 16-da sosial şəbəkələrdə Rusiya
sülhməramlı kontingentinə məxsus hərbi texnikaların Azərbaycandan
çıxması prosesini əks etdirən kadrlar yayılsa da, bununla bağlı hər
hansı bir rəsmi açıqlama yox idi.

Əlavə edək ki, rus sülhməramlılar aprelin 10-da Kəlbəcərdə
yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng
monastrını Azərbaycan polisi mühafizə edir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 17-də
Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını
təsdiqləyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun