Advertisement

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir

Bakı. Trend:

“Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Trend xəbər verir ki, qanun
layihəsi parlamentin aprelin 19-da keçirilən plenar iclasında
müzakirəyə çıxarılıb.

Sənədə əsasən, “Media haqqında” Qanunun 59.2-ci maddəsinə əsasən
çap mediası subyekti ola bilən dövlət orqanlarının (qurumlarının)
dairəsi dəqiq müəyyən edilib. Təklif olunan dəyişiklik Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı” qəzetinin
təsisçisi statusunun hüquqi əsaslarının qanunvericilikdə təsbit
edilməsini nəzərdə tutur.