Advertisement

Rauf Əliyev üçün fərqli və yeniliklərlə dolu yeni başlanğıc

Bakı. Trend:

Komanda ilə birlikdə hazırlıqlarımız davam edir.

Trend xəbər verir ki, bunu
İdman.biz
Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev deyib.

“Qarabağ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə məşqçisi
Rauf Əliyev ilk dəfə minifutbol üzrə Azərbaycan millisinə
çağırılmasını dəyərləndirib. Bu növ üzrə “İnter”də çıxış edən
Əliyevin sözlərinə görə, təklif onu bir qədər düşündürsə də, müsbət
cavab verib: “Bu mənim üçün maraqlı bir başlanğıc olacaq. Çünki
böyük futbolla indiki minifutbol arasında müəyyən fərqlər var.
Məşqlərə başlamışıq. Yığma ilə birlikdə Monteneqroda
hazırlıqlarımız davam edir”.

O bildirib ki, minifutbol yığmasında daha sürətli və hərəkətli
olmalıdır: “Veteran futbolçularla birgə çempionatda “İnter”də çıxış
edirik. Bu baxımdan futboldan uzaq qalmamışam. Buna görə də müəyyən
boşluqları məşqlərlə aradan qaldırmaq olar. Təbii ki, çətinliklər
olacaq. Amma bunun öhtəsindən gəlməliyəm. Fərqli və yeniliklərlə
dolu bir dönəm olacağını düşünürəm”.

Qeyd edək ki, yığma aprelin 30-da Serbiya, Bosniya və
Herseqovina, Rumıniya, Monteneqro və Albaniyanın qatılacağı
turnirdə iştirak edəcək.