
Bakı. Trend:
Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global
Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital
Bank-ın süni intellekt innovasiyaları kateqoriyasında “Süni
intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” (Best
Use of AI in Digital Transformation ) mükafatına layiq görüldüyünü
elan edib.
“Global Finance” jurnalının on birinci illik mükafatlandırma
proqramında dünyanın maliyyə sahəsində innovativ həllər təqdim edən
aparıcı şirkətləri dəyərləndirilib. Bu uğur regionun maliyyə
sektorunda rəqəmsal transformasiyanı sürətləndirməkdə Kapital
Bank-ın rolunu nümayiş etdirir. Mükafat eyni zamanda bankda ən son
texnologiyaların tətbiqinin və süni intellektdən istifadədə tətbiq
edilən innovasiyaların əhəmiyyətini vurğulayır.
Jurnalın redaktorlar şurası ilin qaliblərini banklar və digər
provayderlərin təqdimatlarına, eləcə də sənaye analitikləri və
texnologiya ekspertlərinin rəylərinə əsasən seçib. Qaliblərin
qiymətləndirilməsi əməliyyatların həcmi, qlobal əhatə dairəsi,
müştəri xidməti, rəqabət qabiliyyəti və innovativ texnologiyaların
tətbiqi kimi meyarlara əsasən həyata keçirilib.
Qeyd edək ki, “Global
Finance” jurnalı bu il və 2019-cu ildə Kapital Bank-ı “Ən Yaxşı
Ticarət Maliyyəsi Təminatçısı” (“Best Trade Finance Providers”)
adına da layiq görüb. Eyni
zamanda 2018-ci ildə bank jurnalın Azərbaycanda “Ən Güvənli Bank”
(“Safest Bank”) mükafatını qazanıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün— https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



























