
Bakı. Trend:
Tədbir zamanı media nümayəndələrinin suallarını cavablandıran
Dr. Klaus Müller azad olunmuş ərazilərdə qısa müddət ərzində şəbəkə
infrastrukturunun yaradılması, ən müasir səs texnologiyası olan
VoLTE xidmətinin təqdim edilməsi və Xankəndi şəhərində ilk mobil
rabitə mağazasının Bakcell tərəfindən istifadəyə verilməsini
bildirib.
“Bakcell”in mətbuatda müzakirələrə səbəb olmuş yeniliklər vədi
barədə suallara cavab olaraq, şirkətin Baş direktoru bildirib ki,
Bakcell böyük dəyişikliklər astanasındadır və bu barədə 25 Aprel
tarixində ətraflı məlumat açıqlanacaq.
Həmçinin, Dr. Klaus Müller qeyd edib ki, 2024-cü ildə Bakcell
bütün ölkə boyunca mobil rabitə və xidmət şəbəkəsini daha da
genişləndirmək niyyətindədir.





























