Advertisement

İsrailin zərbəsi İrana ciddi ziyan vurmayıb – Abdullahiyan

Bakı. Trend:

İsrailin aprelin 19-da İrana endirdiyi zərbə insan tələfatı və
ciddi dağıntılarla nəticələnməyib.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn
Əmir Abdullahiyan deyib.

“İsrailin mini-dronları İrana ciddi ziyan vurmayıb və itkilərə
səbəb olmayıb”, – deyə o bildirib.

Qeyd edək ki, aprelin 19-da İranın İsfahan və Təbriz şəhərləri
yaxınlığında partlayış səsləri eşidilib. İsfahanda pilotsuz uçan
aparatların hücumu qeydə alınıb.