
Bakı. Trend:
Azərbaycanın bədii gimnastları qrup hərəkətləri proqramında
Dünya Kubokunun finalına vəsiqə qazanıb.
Trend xəbər verir ki, çoxnövçülükdə komandamız 5 halqa ilə
çıxışda bu hüququ əldə edib.
Ləman Əlimuradova, Zəynəb Hümmətova, Kamilla Əliyeva, Yelizaveta
Luzan, Darya Sorokina və Güllü Ağalarzadədən ibarət qrup uğurlu
çıxış edərək, 36,550 bal toplayıb. Bu nəticə gimnastlara 3-cü
pilləni tutmaq imkanı verib. İlk 2 pillədə İtaliya və İspaniya
idmançıları yer alıblar.
Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika
Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları
keçirilir.





























