
Astana. Trend:
Aprelin 26-da Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv
ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin
mətbuat xidməti məlumat yayıb.
“İclasda ŞƏT-ə üzv dövlətlərin müdafiə idarələrinin
rəhbərlərinin, onun baş katibinin, təşkilatın Regional Antiterror
Qurumu İcraiyyə Komitəsinin direktoru və Belarusun müdafiə
nazirinin iştirakı gözlənilir”, – məlumatda deyilir.





























