Advertisement

Fransız fermerlər Parisi blokada ilə hədələyirlər

Bakı. Trend:

Parisin İle-de-Frans kommunasında fermerlər hökumətin siyasətinə
qarşı milli etiraz hərəkatı çərçivəsində yanvarın 26-da cümə günü
Parisdə yol blokadası elan ediblər.

Trend xəbər verir
ki, bu barədə BFMTV məlumat yayıb.

Nəşr qeyd edir ki, həmkarlar ittifaqları, “Jeunes” kənd
təsərrüfatı işçiləri və fermerlərin hüquqlarının müdafiəsi üzrə
aparıcı təşkilatlar şəhərin bütün əsas nəqliyyat arteriyalarını
bağlamağa çağırıblar.

Fermerlər bu yolla Fransanın baş naziri Qabriel Attala təsir
etmək istəyirlər. Nəşr bildirir ki, onlar Nazirlər Kabinetinin cümə
gününə planlaşdırılan açıqlamalarından əvvəl də hökumətə təzyiqi
artırmağı planlaşdırırlar.