Advertisement

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakı. Trend:

Azərbaycan Texniki Universitetinin nizamnamə fondu 29 461 643
(iyirmi doqquz milyon dörd yüz altmış bir min altı yüz qırx üç)
manatdır.

Trend xəbər verir ki, universitetin əmlakı nizamnamə fondundan,
təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan
vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən
ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan,
cəlb edilən investisiyalardan və qanunda nəzərdə tutulan digər
vəsaitdən formalaşdırılır.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən,
Azərbaycan Texniki Universiteti Azərbaycan Respublikası Elm və
Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik
olan Azərbaycan Texniki Universitetinə çevrilmə yolu ilə yenidən
təşkil edilib və “Azərbaycan Texniki Universitetinin Nizamnaməsi”
təsdiq edilib.